Əsas məzmuna keç

Ötən ay Ağcabədidə 20 nəfər saxlanılıb, 2 silah götürülüb

Ötən ay Ağcabədidə 20 nəfər saxlanılıb, 2 silah götürülüb

Yanvarda Ağcabədidə narkotiklərin qanunsuz dövriyyəsində, silah-sursat saxlamaqda və oğurluq əməlləri törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb....

Yanvarda Ağcabədidə narkotiklərin qanunsuz dövriyyəsində, silah-sursat saxlamaqda və əməlləri törətməkdə şübhəli 20 nəfər saxlanılıb.

DİN-in Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM" verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 16 nəfər saxlanılıb. Ümumilikdə, 24 kiloqrama yaxın müxtəlif növ qanunsuz dövriyyədən çıxarılıb.

Bunlarla yanaşı, keçirilən tədbirlər zamanı qanunsuz silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb. Onlardan 2 ədəd "Makarov" markalı tapança, 2 ədəd daraq və 5 ədəd patron aşkar edilərək götürülüb.

Daxil olmuş mal-qara oğurluqları ilə bağlı keçirilən əməliyyatlar zamanı isə şübhəli bilinən 2 nəfər saxlanılıb. Onların ayrı-ayrı vətəndaşlara məxsus iri və xırdabuynuzlu heyvanları oğurlayaraq zərərçəkmişlərə 15 dəyərində ziyan vurduqları müəyyən edilib. Dəymiṣ ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər aparılır.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…