Operativ Məlumat Mərkəzi

Ordumuzun əsgəri intihar edib

2 dəq
Paylaş:
Ordumuzun əsgəri intihar edib

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, Eyvazlı Musa Ehtiram oğlunun odlu silahdan istifadə etməklə öldürməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Hərbi Prokurorluqdan bildirilib.

Daxil olmuş məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun və Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax