Operativ Məlumat Mərkəzi

On il əvvəl Rusiyada qətl törətməkdə təqsirləndirilən azərbaycanlının məhkəməsi başlayır

2 dəq
Paylaş:
On il əvvəl Rusiyada qətl törətməkdə təqsirləndirilən azərbaycanlının məhkəməsi başlayır

On il əvvəl Rusiyada qətl törətməkdə azərbaycanlının məhkəməsi başlayır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2013-cü il aprelin 1-də Rusiyanın şəhərinin Krasnoarmeyski rayonunda Rusiya vətəndaşı Abdulov Ravil Amiroviçin öldürülməsi faktı ilə bağlı Volqoqrad şəhər Krasnoarmeyski rayon İstintaq şöbəsi tərəfindən başlanmış üzrə aparılmış istintaq tədbirləri nəticəsində cinayətin vətəndaşı Kazımov Nazim Məhəmməd oğlu tərəfindən törədilməsi və sonuncunun Azərbaycan ərazisində olması müəyyən edildiyindən iş istintaqın davam etdirilməsi üçün Azərbaycan Baş Prokurorluğu vasitəsilə Goranboy Rayon Prokurorluğuna göndərilib.

İstintaqla Nazim Kazımovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Ravil Abdulova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Nazim Kazımova Cinayət Məcəlləsinin 12.1, 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan olunaraq cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax