Operativ Məlumat Mərkəzi

Ombudsman Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirib

3 dəq
Paylaş:
Ombudsman Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirib

Səbinə Əliyeva “İrqi ayrı-seçkiliyin bütün formalarının qarşısının alınması haqqında” Konvensiyanın tətbiqi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən noyabrın 17-də qəbul edilən müvəqqəti tədbirlər barədə qərara bildirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, qərar Ermənistanın Azərbaycana qarşı əsassız iddialarını hüquqi müstəvidə bir daha təkzib etmiş olub. Ölkəmizə qarşı müxtəlif platformalarda irəli sürülən ittihamyönümlü fikirlərin əksəriyyəti Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edilməklə yanaşı, bu fikirlərin hər hansı faktoloji əsasının olmaması bir daha təsdiq olunub.

Tolerantlığın Azərbaycanda möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri vardır. Ölkəmizdə müxtəlif millətlərə və dinlərə mənsub insanların hüquq və azadlığının təmininə, mədəni müxtəlifliyinə, birgəyaşayış qaydalarına, onların inkişafı və harmonizasiyasına dövlət səviyyəsində diqqət göstərilir. dövləti tərəfindən davamlı olaraq Qarabağın erməni əsilli sakinlərinin hüquqlarının təmini ilə əlaqədar beynəlxalq hüquqi öhdəliklərinə sadiqliyini bəyan edən çağırışlar edilir, həmin şəxslərin təhlükəsizliyinə və humanitar ehtiyaclarının qarşılanmasına təminat veriləcəyi yüksək səviyyədə bildirilir, erməni əsilli sakinlərin reinteqrasiyası istiqamətində əməli addımlar atılır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, milliyyətindən, dinindən, irqindən, etnik və digər mənsubiyyətindən asılı olmayaraq ölkəmizdə yaşayan hər bir kəsin hüquq və azadlıqlarının təmini sahəsində fəaliyyətimizi həyata keçiririk.

Qarabağda yaşayan erməniəsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilən hüquq və azadlıqlarının təmini və müdafiəsi məsələsi də daim Ombudsmanın diqqət mərkəzindədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax