Əsas məzmuna keç

Ölkəmiz pensiyanın alıcılıq qabiliyyətinə görə 1-ci sıradadır

Ölkəmiz pensiyanın alıcılıq qabiliyyətinə görə 1-ci sıradadır

Azərbaycan pensiyanın alıcılıq qabiliyyətinə görə MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yerdədir. Bu barədə "Operativ Məlumat Mərkəzi"-ə Əmək və...

pensiyanın qabiliyyətinə görə MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yerdədir.

Bu barədə "Operativ Məlumat Mərkəzi"-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan və orta pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış dollar ifadəsində MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yeri tutmaqda davam edir.

Minimum və orta aylıq pensiyanın nominal məbləğlərinə görə isə həmin sıralamada ikinci yerdədir.

Son 5 ildə ölkəmizdə aparılan ardıcıl sosial islahatların tərkib hissəsi olaraq minimum pensiyanın 2,5 dəfə artırılaraq 280 manata, orta aylıq pensiyanın iki dəfə artaraq 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 456 manata çatmasına nail olunub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…