Operativ Məlumat Mərkəzi

Oğul atasını amansızlıqla öldürdü - TƏFƏRRÜATLAR

1 dəq
Paylaş:
Oğul atasını amansızlıqla öldürdü - TƏFƏRRÜATLAR

Fevralın 24-də Rayon Şöbəsinə rayonun Moranlı sakini Aqil İbadovun müxtəlif dərəcəli xəsarətlər alması ilə əlaqədar Şəhər Mərkəzi Xəstəxanasına, ayın 25-i isə Bakı şəhəri Respublika kliniki xəstəxanasına yerləşdirilməsi və orada vəfat etməsi ilə bağlı məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, məlumatla bağlı Sabirabad RPŞ-nin və rayon prokurorluğunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə A.İbadova xəsarət yetirməkdə şübhəli bilinən oğlu İlkin İbadlı müəyyən edilərək saxlanılıb.

zamanı məlum olub ki, İ.İbadlı bir neçə gün əvvəl atası ilə aralarında yaranmış mübahisə zəminində sonuncuya taxta parçası ilə baş nahiyəsindən xəsarət yetirib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax