Operativ Məlumat Mərkəzi

Odlu silahla iş yoldaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub

1 dəq
Paylaş:
Odlu silahla iş yoldaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub

yunun 10-u saat 15 radələrində bir nəfərin odlu silahdan atəş nəticəsində ölməsi barədə Şəhər Prokurorluğuna məlumat daxil olub.

Şəhər prokurorluğundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, araşdırmalar nəticəsində 1994-cü il təvəllüdlü Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı müəyyənləşdirilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanaraq ibtidai istintaq aparılır. Zahid Sarıyev şübhəli şəxs kimi tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax