Operativ Məlumat Mərkəzi

Ödəmə terminalından oğurluq edən qardaşlar saxlanılıb

2 dəq
Paylaş:
Ödəmə terminalından oğurluq edən qardaşlar saxlanılıb

Lerikdə mağazadan və içərisindəki ödəmə terminalından edən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Lerik rayonunun Noda kəndi ərazisində mağazadan 160 manat pulun, 1244 manat dəyərində tütün məmulatlarının, orada quraşdırılmış ödəmə terminalının sındırılaraq içərisindən 2880 manat pulun oğurlanması, bundan əlavə mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması ilə bağlı polisə məlumat daxil olub. DİN-in Baş Cinayət Axtarış İdarəsi və Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri -axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər edilərək saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhəri Qaradağ rayon sakinləri Təhməz Dadaşov və qardaşı Bahadır olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax