Operativ Məlumat Mərkəzi

Nyu-Yorkda Azərbaycanın Zəfər Günü münasibətilə məlumatlandırma aksiyası təşkil edilib

2 dəq
Paylaş:
Nyu-Yorkda Azərbaycanın Zəfər Günü münasibətilə məlumatlandırma aksiyası təşkil edilib

Nyu-Yorkun məşhur “Times Square” meydanında və digər ərazilərində 8 Noyabr – Gününə həsr olunan məlumatlandırma aksiyası keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, qurumun dəstəyi və -Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə baş tutan aksiya zamanı “ Azərbaycandır!”, “Azərbaycan multikultural ölkədir!”, “Azərbaycan bir sıra etnik və milli azlıqların vətənidir!” kimi şüarları və qısa məlumatları əks etdirən LED-ekranlı avtomobil Nyu-Yorkun mərkəzi küçələrində hərəkət edib.

Aksiya çərçivəsində Azərbaycan ərazilərindəki probleminə, indiyədək dəqiq xəritələrin təqdim olunmamasına, yüzlərlə azərbaycanlının mina qurbanlarına çevrilməsinə də diqqət cəlb edilib. LED-ekranda minalarla bağlı statistik məlumatlar, “Minalardan azad həyat!”, “Qarabağdan dünyaya: minalara YOX deyək!”, “Qarabağın itkilərini xatırla: Minasız dünya üçün səslən!” kimi və çağırışlar nümayiş etdirilib.

Aksiya ilə maraqlanan şəhər sakinlərinə Azərbaycan barədə əlavə məlumat verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax