Operativ Məlumat Mərkəzi

Novruzda Bakı–Qəbələ marşrutu üzrə əlavə 10 qatar reysi təyin edilib

2 dəq
Paylaş:
Novruzda Bakı–Qəbələ marşrutu üzrə əlavə 10 qatar reysi təyin edilib

" Dəmir Yolları" QSC Novruz bayramı günləri üçün –Qəbələ–Bakı marşrutu üzrə əlavə 10 qatar təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, artan sərnişin tələbatının qarşılanması məqsədilə bayramda qatarlar hər gün hərəkət edəcək.

Belə ki, 20-26 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin hər gün saat 07:30-da Bakı Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək. Səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək.

Hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hər iki istiqamət üzrə hərəkət edir. Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax