Operativ Məlumat Mərkəzi

Nobel mükafatı laureatı Azərbaycana gələcək

1 dəq
Paylaş:
Nobel mükafatı laureatı Azərbaycana gələcək

Milli Akademiyasının (AMEA) üzvü, mükafatı laureatı Əziz Sancar may ayının 30-da Azərbaycana gələcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə AMEA prezidenti İsa Həbibbəyli məlumat verib.

Məlumata görə, AMEA-nın Fəxri üzvü diplomunun və vəsiqəsinin təqdim olunması və onun Azərbaycan Respublikasının elmi ictimaiyyəti ilə geniş müzakirələrini təşkil etmək məqsədi ilə akademik İsa Həbibbəyli tərəfindən Əziz Sancara Azərbaycan Milli Elmlər Akademiyasına səfərlə bağlı müraciət ünvanlanıb və müraciət Nobel mükafatı laureatı tərəfindən məmnuniyyətlə qəbul edilib.

Qeyd edilib ki, Nobel mükafatı laureatı Əziz Sancarın Azərbaycana səfəri iyun ayının 6-dək davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax