Operativ Məlumat Mərkəzi

Nobel laureatı azadlıqdan məhrum edildi

1 dəq
Paylaş:
Nobel laureatı azadlıqdan məhrum edildi

Belarusda Minsk məhkəməsi 2022-ci ilin iyulundan həbsdə olan Sülh Mükafatı laureatı Ales Byalyatskini qaçaqmalçılıqda təqsirli bilib və 10 il müddətinə azadlıqdan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ali Məhkəməsinin məlumat yayıb.

Belarus prokurorluğunun məlumatına görə, Ales Byalyatski digər hüquq müdafiəçiləri Vladimir Labkoviç, Valentin Stefanoviç və Dmitri Solovyov ilə birlikdə mütəşəkkil dəstənin tərkibində xarici struktur və fondlardan aldığı 201 min avro və 54 min dollar məbləğində pulu nağdlaşdırıb.

Belaruslu fəal və hüquqşünas Ales Byalyatski “Memorial” təşkilatı və Vətəndaş Azadlıqları Mərkəzi ilə birlikdə Nobel Sülh Mükafatını alıb. Ales Byalyatski beş dəfə Nobel Sülh Mükafatına namizəd olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax