Operativ Məlumat Mərkəzi

Nizami metrosunda təmir işləri başlayıb

2 dəq
Paylaş:
Nizami metrosunda təmir işləri başlayıb

"Bakı Metropoliteni" QSC-nin “” stansiyasında platformanın tavanında gücləndirmə tədbirlərinə başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, stansiya ağır hidrogeoloji şəraitdə yerləşdiyindən stansiya infrastrukturu müntəzəm altında saxlanılır. Texnoloji proseslərin dövrü qulluq və təmir tələbinə uyğun olaraq, görülən işlər çərçivəsində tavan sökülərək, müvəqqəti işıqlanma qurulub. Tunel geyimi qaydada korroziyadan təmizlənəcək, axıntılar ləğv olunacaq. Daha sonra korroziya əleyhinə boya maddəsi ilə rənglənəcək, suaxarlar quraşdırılacaq. Bütün texnoloji tədbirlər başa çatdıqdan sonra stansiyanın tavan örtüyü yenisi ilə əvəzlənməklə işıqlanma sistemi bərpa olunacaq.

Sağlamlaşdırma istiqamətində tədbirlər yalnız metropolitendən sərnişinlərin istifadə etmədiyi gecə növbəsində aparılır. Təmir dövründə stansiyada müvafiq nəzarət mexanizmləri təmin olunacaq.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax