Operativ Məlumat Mərkəzi

Paşinyan sərhədlərin delimitasiyası ilə bağlı açıqlama verib

2 dəq
Paylaş:
Paşinyan sərhədlərin delimitasiyası ilə bağlı açıqlama verib

Tavuşda sərhədin delimitasiyası Azərbaycanla yeni müharibənin qarşısını ala bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Nikol aprelin 10-da parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, bununla belə, bu, yeni müharibənin olmayacağına zəmanət vermir: “Buna baxmayaraq, delimitasiya aparılmalıdır. Bunu etiraf etmək çətindir, lakin bu, faktdır”.

N.Paşinyanın sözlərinə görə, Ermənistanın miqyasda tanınmış sərhədlərinin müəyyənləşdirilməsi ölkənin təhlükəsizliyi üçün əsas amildir: “Mən buna 2022-ci ildə əmin oldum. Başa düşdüm ki, sərhədlərin müəyyənləşdirilməsi yaxın, orta və uzun müddətli perspektivdə təhlükəsizliyimiz üçün həlledicidir. Belə ki, 2022-ci ildən sonra siyasi-psixoloji proses başladı. Bunu real və arasında sərhədin müəyyənləşdirilməsi prosesi adlandırmaq olar”.

Hökumət başçısı vurğulayıb ki, tarixi və real Ermənistan arasında ciddi ziddiyyətlər var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax