Əsas məzmuna keç

Nikaraqua Berlindəki səfirliyini bağlayır

Nikaraqua Berlindəki səfirliyini bağlayır

alman mətbuatında çıxan xəbərlərdə bu ölkənin Almaniyaya qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırdıqdan sonra səfirliyini bağlamaq qərarına...

Xarici İşlər Nazirliyinin saytında yer alan məlumatda Nikaraquanın Berlindəki səfirliyini bağladığı bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, alman mətbuatında çıxan xəbərlərdə bu ölkənin Almaniyaya qarşı Məhkəməsində iddia qaldırdıqdan sonra səfirliyini bağlamaq qərarına gəldiyi bildirilib.

Qeyd olunub ki, Almaniyadan gələn konsulluq prosedurları və digər müraciətlərlə Nikaraquanın Avstriyadakı səfirliyi məşğul olacaq.

Xəbərdə Almaniyada təqribən 250, Nikaraquada isə təxminən 1000 Alman vətəndaşının yaşadığı bildirilib.

Nikaraqua Almaniyanı İsrailə silah verməklə soyqırıma töhfə verməkdə ittiham edir.

Nikaraqua həmçinin Almaniyanın İsrailə silah göndərilməsinin dərhal dayandırılmasını və Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) vəsaitin bərpasını tələb edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…