Operativ Məlumat Mərkəzi

Nikaraqua Berlindəki səfirliyini bağlayır

1 dəq
Paylaş:
Nikaraqua Berlindəki səfirliyini bağlayır
alman mətbuatında çıxan xəbərlərdə bu ölkənin Almaniyaya qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırdıqdan sonra səfirliyini bağlamaq qərarına...

Almaniya Xarici İşlər Nazirliyinin saytında yer alan məlumatda Nikaraquanın Berlindəki səfirliyini bağladığı bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, alman mətbuatında çıxan xəbərlərdə bu ölkənin Almaniyaya qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırdıqdan sonra səfirliyini bağlamaq qərarına gəldiyi bildirilib.

Qeyd olunub ki, Almaniyadan gələn konsulluq prosedurları və digər müraciətlərlə Nikaraquanın Avstriyadakı səfirliyi məşğul olacaq.

Xəbərdə Almaniyada təqribən 250, Nikaraquada isə təxminən 1000 Alman vətəndaşının yaşadığı bildirilib.

Nikaraqua Almaniyanı İsrailə silah verməklə Qəzza zolağında soyqırıma töhfə verməkdə ittiham edir.

Nikaraqua həmçinin Almaniyanın İsrailə silah göndərilməsinin dərhal dayandırılmasını və Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) vəsaitin bərpasını tələb edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər