Operativ Məlumat Mərkəzi

NİİM sürücülərə müraciət edib - 13.06.2025

2 dəq
Paylaş:
NİİM sürücülərə müraciət edib - 13.06.2025

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.

NİİM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, müraciətdə deyilir:

"Kameraların aldığı bu qəzalardan biri Nəsimi rayonu, Azadlıq və Vaqif prospektlərinin, digəri isə Nərimanov rayonu, Təbriz və Dəmirçizadə küçələrinin kəsişmələrində baş verib. Hər iki qəza zamanı svetoforlara zərər dəyib, yolun kənarında dayanan piyada isə xəsarət alıb.

Bu cür bəzi sürücülərin yüksək sürətlə avtomobili idarə etməsi, svetoforun qadağanedici işarəsinə məhəl qoymaması, nizamlanan və nizamlanmayan yol ayrıcı, manevr etmə və digər qaydalara etməməsi səbəbindən baş verir. Qəzalar zamanı yol infrastrukturuna ziyan dəyir, svetoforlar yararsız vəziyyətə düşür.

Sürücülərin diqqətinə ki, belə qəzalar daha çox mərkəzi küçə və prospektlərdə, piyadaların intensiv olduğu yollarda qeydə alınır. Buna görə də onlar özlərinin və digərlərinin həyatını təhlükəyə atmamaq üçün qaydalara əməl etməli və yolayrıcılarına daxil olarkən diqqətli olmalıdırlar".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax