Operativ Məlumat Mərkəzi

"Neftçi" "Səbail"i məğlub edib

1 dəq
Paylaş:
"Neftçi" "Səbail"i məğlub edib

Misli Premyer Liqasının XXVII turunda "Neftçi" ""i məğlub edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “ASCO ”da keçirilən qarşılaşma Samir Abasovun rəhbərlik etdiyi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Neftçi"nin heyətində Filip Ozobiç (17) və "Elvin Camalov (29) fərqlənib. "Səbail"in yeganə qolunu isə 43-cü dəqiqədə Rüfət Abdullazadə rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldən "Neftçi" turnir cədvəlində altıncı pillədə yer alıb. 18 xala malik “Səbail” isə sonuncu - 10-cudur.

Turun son matçı bu gün şəhər stadionunda “Turan Tovuz”la “Sumqayıt” arasında baş tutacaq. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "" (1:1) ilə, "Kəpəz" ""la (0:0), “Sabah” isə “Zirə” (1:1) ilə heç-heçəyə razılaşıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax