Operativ Məlumat Mərkəzi

Nazirlik qrant ayrılmış özəl bağçaların aylıq ödənişləri ilə bağlı valideynlərə müraciət edib

2 dəq
Paylaş:
Nazirlik qrant ayrılmış özəl bağçaların aylıq ödənişləri ilə bağlı valideynlərə müraciət edib
63 özəl məktəbəqədər təhsil müəssisəsi Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsinin...

63 özəl məktəbəqədər təhsil müəssisəsi Elm və tərəfindən elan olunan özəl məktəbəqədər təhsil müəssisələri üçün müsabiqəsinin qalibi olub və qalib gəlmiş özəl bağçalarla qrant müqavilələri imzalanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

"Həmin qrant müqavilələrinə görə bölməsində təhsil alan uşaqların təhsil haqqı və valideyn tərəfindən ödəniləcək məbləğlə link vasitəsilə tanış ola bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, qrant müqavilələrinin icrası başlandıqdan sonra müvafiq cədvəldə göstərilən ödənişlər elektron portal üzərindən həyata keçiriləcək və valideynlərdən əlavə ödənişlərin tələb olunmasına yol verilməyəcək.

Valideynlər müvafiq cədvəldə qeyd edilmiş təhsil haqlarından kənar hər hansı ödəniş tələbi ilə üzləşildiyi halda, Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzinə məlumat verə bilərlər.

Vurğulayırıq ki, qrant müsabiqəsi üzrə bütün məlumatların tam şəffaflıqla ictimaiyyətə təqdim edilməsi davam etdiriləcək”, - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax