Operativ Məlumat Mərkəzi

Nazir qəbul keçirdi

2 dəq
Paylaş:
Nazir qəbul keçirdi

Bu gün kənd təsərrüfatı naziri Məcnun Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Zaqatala, Qax və Balakəndən, eyni zamanda Bakı şəhəri, Ağdaş, Beyləqan, Kəlbəcər, Masallı, Sabirabad, Xızı və digər rayonlardan olan vətəndaşları qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən subsidiyaların verilməsi, işlə və işə bərpa, icarəyə texnika ayrılması, dəymiş zərərin ödənilməsi, torpaq sahəsinin ayrılması və sənədləşdirilməsinə köməklik göstərilməsi, təsərrüfat suyu ilə təminat və digər məsələlərlə bağlı olub. Nazir məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Zaqatala DAİM-in binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib.

M.Məmmədov səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax