Əsas məzmuna keç

Naxçıvana ucuz uçuşlar təşkil ediləcək

Naxçıvana ucuz uçuşlar təşkil ediləcək

bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb....

Aşağı büdcəli hava nəqliyyatı şirkətləri MR ilə yerli və xarici hava limanları arasında müntəzəm sərnişin və yük daşınmaları təşkil edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, Naxçıvanda infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə müvafiq layihələr gerçəkləşdiriləcək.

Zəngəzur dəhlizinin açılması burada infrastrukturunun yenilənməsini də zəruri edir. Bu səbəbdən dəmiryol infrastrukturu yenidən qurulacaq, təhlükəsiz, sürətli və dayanıqlı daşıma xidməti təmin ediləcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…