Operativ Məlumat Mərkəzi

NATO-nun Baş katibi Trampla görüşüb

1 dəq
Paylaş:
NATO-nun Baş katibi Trampla görüşüb

NATO-nun Mark Rütte Floridada ABŞ-nin yeni Prezidenti Donald Trampla danışıqlar aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı məlumat yayıb.

"NATO-nun Baş katibi Mark Rütte ötən gün Palm-Biçdə (Florida) ABŞ-nin seçilmiş Prezidenti Donald Trampla görüşüb", - məlumatda bildirilib.

Açıqlamada qeyd olunub ki, D.Tramp və M.Rütte alyansın üzləşdiyi geniş spektrli qlobal problemlərini müzakirə ediblər.

Bundan əlavə, M.Rütte və onun ABŞ Nümayəndələr Palatasının üzvü Mayk Uolts, həmçinin D.Trampın məsələlər üzrə komandasının nümayəndələri ilə görüşüb. Tramp Mayk Uoltsu milli təhlükəsizlik üzrə müşaviri təyin etməyi qərara alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax