Operativ Məlumat Mərkəzi

NATO müdafiə nazirləri Ukraynaya dəstək məsələsini müzakirə edəcək

1 dəq
Paylaş:
NATO müdafiə nazirləri Ukraynaya dəstək məsələsini müzakirə edəcək

NATO-nun Hərbi Komitəsi təşkilata üzv ölkələrin nazirləri səviyyəsində mayın 16-da Brüsseldə görüş keçirəcək, görüşdə Ukraynaya dəstək göstərilməsi məsələsini müzakirə olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə alyansın məlumat yayıb.

“İlk görüşdə müdafiə nazirləri -NATO Şurası formatında Rusiyanın Ukraynaya qarşı müharibəsini, həmçinin NATO və müttəfiqlərinin Ukraynaya gələcək dəstəyini müzakirə etmək üçün görüşəcəklər”, - məlumatda bildirilir.

Hərbi Komitənin iclası müdafiə nazirlərinə görüşməyə və Şimali Atlantika Alyansı üçün strateji kəsb edən məsələləri müzakirə etməyə imkan verəcək. İştirakçılar NATO-nun Vilnüs sammitində qəbul edilmiş qərarların icrası ilə bağlı fikir mübadiləsi aparacaq və iyulda Vaşinqtonda keçiriləcək sammitə hazırlaşacaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax