Operativ Məlumat Mərkəzi

Narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

2 dəq
Paylaş:
Narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Sumqayıtda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Daxili İşlər Nazirliyinin xidmətindən verilən məlumata əsasən xəbər verir ki, Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri zamanı də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilən Corat qəsəbəsində yaşayan Tahir Quliyev tutularaq istintaqa təqdim edilib.

Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 3 kiloqrama yaxın heroin aşkar olunub. Tahir Quliyev Corat qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Qeyd edək ki, 1-ci Polis Bölməsinin əməkdaşlarının ilin əvvəlindən əsasən Corat qəsəbəsi və ətraf ərazilərdə həyata keçirdikləri silsilə əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 30 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda müxtəlif adda və psixotrop maddələr aşkar edilib.

Onlar barəsində toplanan materiallar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı evlərdən oğurluqlar edən əvvəllər məhkum olunmuş Fərman Paşayev də saxlanılıb. Onun Sumqayıt şəhərində iki mənzildən pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib. Fərman Paşayevin Sumqayıt şəhərində digər analoji cinayətlərdə iştirak edib-etmədiyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax