Operativ Məlumat Mərkəzi

Narkomaniyadan əziyyət çəkən məşhur model müalicə alır

2 dəq
Paylaş:
Narkomaniyadan əziyyət çəkən məşhur model müalicə alır

Narkotik asılılığından çəkən məşhur , aktrisa Cara Delevingne açıqlamaları ilə gündəmə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, “Vogue” jurnalı üçün kamera qarşısına keçən 30 yaşlı model müalicə aldığını açıqlayıb.

O, müsahibəsində vəziyyətinin yaxşı olmadığını anlayıb müalicəyə başladığını etiraf edib:“Yaxşı olmadığımı anladığım an ətrafımda bir çox insan mənim üçün idi. Mən isə özüm üçün heç də narahat deyildim. bu, xəstəliyin özü idi. Asılılıq belə bir şeydir. Bir həftə narkotikə ara vermək əvəzinə uzun müddətlik bir müalicə prosesi keçirəm. “Təmiz” olmaq çox gözəl bir hissdir. Düzdür, bu xəstəlik tez zamanda sağalmır. Vaxt lazımdır”.

Model-aktrisa bir aydır istifadə etmədiyini də söyləyib.

Qeyd edək ki, ötən il Cara Delevingnenin üst-başı bərbad vəziyyətdə və pis halda küçədə görülməsi xeyli müzakirəyə səbəb olmuşdu..

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici şou-biznes

Hamısına bax