Operativ Məlumat Mərkəzi

“Naftogaz” SOCAR-la Azərbaycan qazının alınması ilə bağlı ilk sazişi imzalayıb

1 dəq
Paylaş:
“Naftogaz” SOCAR-la Azərbaycan qazının alınması ilə bağlı ilk sazişi imzalayıb

Ukraynanın "" Qrupu Dövlət Neft Şirkətinin (SOCAR) qrupuna daxil olan “SOCAR Energy Ukraine” ilə Azərbaycan təbii qazının alınması haqqında ilk müqaviləni imzalayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" "Naftogaz"ın məlumatına istinadən xəbər verir.

Şirkətdən bildirilib ki, ilk dəfə olaraq Azərbaycan qazının Bolqarıstan-Rumıniya- dəhlizi üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükü həyata keçirilir.

"Bu, həcm baxımından kiçik, lakin strateji cəhətdən mühüm addımdır və uzunmüddətli əməkdaşlığa yol açır. Bu saziş, həmçinin tədarük mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir", - "Naftogaz"ın baş direktoru Sergey Koretski sövdələşməni belə şərh edib.

"Göstərdikləri etimada görə Azərbaycandan olan həmkarlarımıza təşəkkür edirik", - o əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax