Operativ Məlumat Mərkəzi

Myanmada festivala hücumda ölənlərin sayı 40-a, yaralıların sayı 80-ə çatıb - YENİLƏNİB

1 dəq
Paylaş:
Myanmada festivala hücumda ölənlərin sayı 40-a, yaralıların sayı 80-ə çatıb - YENİLƏNİB

Myanmada zamanı şəxslərin paraşütdən bombaların partlaması nəticəsində həlak olanların sayı 40-a çatıb, yaralıların sayı 80 nəfərdir.

***

Myanmanın mərkəzində keçirilən festivalına hücum nəticəsində azı 24 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, hücum zamanı 47 nəfər də yaralanıb.

Hadisə Chaung U qəsəbəsində baş verib. Təxminən 100 nəfər Buddist milli bayramı olan Thadinqyut festivalını qeyd etmək və eyni zamanda hakimiyyət əleyhinə şam işığında etiraz aksiyası keçirmək üçün toplanıb.

Motorlu paraşütdə uçan şəxs izdihamın üzərinə iki bomba atıb.

Qeyd edək ki, Myanmar 2021-ci ildəki hərbi çevrilişdən bəri vətəndaş müharibəsi şəraitindədir. BMT-nin məlumatına görə, bu dövr ərzində toqquşmalarda 5000-dən çox insan həyatını itirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax