Operativ Məlumat Mərkəzi

Myanmada daşqınlar nəticəsində ölənlərin sayı 290-ı ötüb

1 dəq
Paylaş:
Myanmada daşqınlar nəticəsində ölənlərin sayı 290-ı ötüb

Myanmada "Yagi" qasırğasının səbəb nəticəsində 293 nəfər ölüb, daha 89 insan itkin düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, daşqınlar ölkənin bütün bölgələrində və ştatlarında onlarla şəhərə ziyan vurub.

Daşqınlar nəticəsində 310 min hektardan çox sahəsi su altında qalıb, 129 150 baş mal-qara tələf olub.

Ölkənin hakimiyyət orqanları və xilasetmə təşkilatları daşqın qurbanlarına tibbi yardım göstərmək, və digər zəruri əşyaları çatdırmaq üçün yerli sakinlərlə işləyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax