Operativ Məlumat Mərkəzi

Münxendə Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub - YENİLƏNİB

2 dəq
Paylaş:
Münxendə Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub - YENİLƏNİB

Fevralın 17-də Münxendə Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Volodimir Zelenski dövlətimizin başçısını seçkilərdə qələbə münasibətilə təbrik etdi, Azərbaycan Prezidentinə fəaliyyətində uğurlar arzuladı.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi, Volodimir Zelenskidən aldığını da məmnuniyyətlə qeyd etdi.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli müzakirə olundu.

Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticari, humanitar, enerji və digər sahələrdə məsələlərinə dair fikir mübadiləsi aparıldı.

***

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax