Operativ Məlumat Mərkəzi

Müğənni Dənizin şikayət etdiyi həkim saxlanıldı

2 dəq
Paylaş:
Müğənni Dənizin şikayət etdiyi həkim saxlanıldı

Bakı Apellyasiya Məhkəməsində bir neçə gün əvvəl əməlinə görə həbs edilən Sabunçu rayonu, 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş Rauf İsfəndiyarovun şikayətinə baxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış Dəniz Əsədovaya qarşı dələduzluqda şübhəli bilinən baş həkim barəsində Sabunçu Rayon Məhkəməsinin həbs-qətimkan tədbiri qərarı qüvvədə saxlanılıb.

Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq bildirilir. İlkin mərhələdə o, aldığı pulların 100 min manatını geri qaytarsa da, yerdə qalan məbləği ödəməyib. Bu səbəbdən R.İsfəndiyarov barəsində açılıb.

Qeyd edək ki, Rauf İsfəndiyarov daha əvvəl Laçın Rayon Mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Onunla yanaşı müğənni Dəniz Əsədova Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mehparə Məmmədova və daha bir neçə nəfər barəsində də dələduzluq iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax