Operativ Məlumat Mərkəzi

Müddətli müqavilə ilə müəllimlərin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

2 dəq
Paylaş:
Müddətli müqavilə ilə müəllimlərin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya mərhələsinin nəticələri elan edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Təhsil İnstitutundan məlumat verilib.

Qeyd olunub ki, nəticələr namizədlərin şəxsi səhifələrinə göndərildi. Vakansiya seçimində 1 544 namizəd uğur qazanaraq müddətli müqavilə ilə çalışmaq imkanı əldə edib.

Müddətli müqavilə ilə vakansiya seçimində uğur qazanan namizədlər 6 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair ) aidiyyəti təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax