Operativ Məlumat Mərkəzi

MTN polkovnikinin şikayəti rədd edilib

2 dəq
Paylaş:
MTN polkovnikinin şikayəti rədd edilib

Ləğv edilmiş Milli Nazirliyinin (MTN) dələduzluqda təqsirli bilinən , Kürdəmir rayon şöbələrinin sabiq , polkovnik Bahadır Qocayevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti əsassız sayılaraq təmin edilməyib.

Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bahadır bir müddət Lənkəran Dövlət Universitetində prorektoru olub. Keçmiş MTN əməkdaşı 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Bahadır Qocayev MTN-in Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub. “MTN işi” ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax