Operativ Məlumat Mərkəzi

Moskvadakı güclü yanğın tam söndürülüb - YENİLƏNİB

2 dəq
Paylaş:
Moskvadakı güclü yanğın tam söndürülüb - YENİLƏNİB

Yanğınsöndürənlər Moskva şəhərinin şimalında binasının damında baş verən yanğını tamamilə söndürüblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Paytaxtın şimalında baş verən yanğın tamamilə söndürülüb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Çernyaxovski küçəsində altı mərtəbəli yaşayış binasının dam yanıb, yanğın 4 min kv.m. ərazini əhatə edib, 400 nəfər təxliyə edilib, hələ ki, ölüm barədə məlumat yoxdur.

Yanğın təhlükəsizliyi tələblərinin pozulması ilə bağlı açılıb, araşdırma aparılır.

***

Rusiyanın paytaxtı Moskva şəhərində Çernyaxovski küçəsində güclü yanğın başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya mətbuatına istinadən xəbər verir ki, altımərtəbəli binanın damında başlayan yanğın daha sonra geniş ərazini əhatə etməyə başlayıb.

Belə ki, yanğın beş binanın damına sirayət edib və nəticədə üç mənzil alova qərq olub.

Artıq alovun sahəsi 4 min kv.m ötüb, 400-dən çox sakin isə təxliyə edilib və 10-dan çox şəxs xəsarət alıb.

Yanğının söndürülməsinə Moskvanın yanğın-xilasetmə qarnizonunun əksər hissələri, o cümlədən ehtiyatda olan şəxsi heyət və iki helikopter cəlb olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax