Operativ Məlumat Mərkəzi

Moldova beynəlxalq axtarışa verilən şəxsi Azərbaycana təhvil verib

2 dəq
Paylaş:
Moldova beynəlxalq axtarışa verilən şəxsi Azərbaycana təhvil verib

Azərbaycanın axtarışa verdiyi şəxs Moldovada tutularaq ölkəyə təhvil verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Moldova səlahiyyətli orqanları tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq vətəndaşı Emin Nazim oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Belə ki, Abşeron rayon məhkəməsinin icraatında olan üzrə Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə daxil olmaqla törədilən oğurluq) maddəsi ilə təqsirləndirilən Həsənov Emin Nazim oğlu məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Emin Həsənov Moldova ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax