Operativ Məlumat Mərkəzi

MN: “Zirehli texnikalardan və atıcı silahlardan atəş hazırlığı üzrə tapşırıqlar yerinə yetirilib”

1 dəq
Paylaş:
MN: “Zirehli texnikalardan və atıcı silahlardan atəş hazırlığı üzrə tapşırıqlar yerinə yetirilib”

Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına dərəcələrinin verilməsi üzrə cari ilin hazırlıq planına əsasən keçirilən imtahanları davam edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Müxtəlif təlim mərkəzlərində keçirilən imtahanların növbəti günündə çətin keçilən ərazilərdə tank və piyadanın döyüş maşınlarının (PDM) idarə edilməsi, eyni zamanda, zirehli texnikalardan və silahlardan atəş hazırlığı üzrə yerinə yetirilib.

Qeyd edək ki, Azərbaycan Ordusunda məharət dərəcələrinin verilməsi üzrə keçirilən sınaq imtahanlarının əsas məqsədi hərbi qulluqçuların döyüş hazırlığının, ixtisaslara uyğun bilik və bacarıqlarının yoxlanılması, həmçinin peşəkarlığının qiymətləndirilməsidir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax