Operativ Məlumat Mərkəzi

MN: Qanunsuz silahlı dəstələrin müşahidə vasitələri sıradan çıxarılıb

1 dəq
Paylaş:
MN: Qanunsuz silahlı dəstələrin müşahidə vasitələri sıradan çıxarılıb

Qeyri-qanuni erməni silahlı dəstələrinin müşahidə vasitələri sıradan çıxarılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumat yayıb.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələri quraşdırıb.

Hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb.
Bölmələrimiz tərəfindən bu istiqamətdə fəaliyyətlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax