Operativ Məlumat Mərkəzi

HHQ-nin bölmələri ilə təlim keçirilib

1 dəq
Paylaş:
HHQ-nin bölmələri ilə təlim keçirilib
bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Məşqlər zamanı paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, eləcə də uçuş heyəti...

general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin planına uyğun olaraq, Hava Qüvvələrinin (HHQ) bölmələri ilə hava desant və praktiki tullanışları üzrə məşqlər keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə (MN) məlumat yayıb.

Məşqlər zamanı paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, eləcə də uçuş heyəti tərəfindən praktiki paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar icra olunur.

Həmçinin, təyin olunmuş nöqtəyə havadan yüklərin atılması üzrə fəaliyyətlər də yerinə yetirilir.

Əsas diqqətin hərbi qulluqçuların paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, eləcə də onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasına yönəldildiyi məşqlərdə şəxsi heyət qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirirlər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax