Operativ Məlumat Mərkəzi

MN: “Azad olunan ərazilərdə hərbi kolonların təhlükəsiz hərəkəti təmin edilir”

2 dəq
Paylaş:
MN: “Azad olunan ərazilərdə hərbi kolonların təhlükəsiz hərəkəti təmin edilir”

Ordusunun hərbi polis bölmələrinin azad ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində fəaliyyəti yüksək səviyyədə təşkil olunur.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Hərbi polis bölmələri tərəfindən -buraxılış məntəqələrində, o cümlədən yeni qurulan stasionar və səyyar postlarda patrul həyata keçirilir, şəxsi heyətin yoxlanılması və qeydiyyatı, əraziyə daxil olan texnikanın uçotu aparılır, hərbi vasitələrinin hərəkəti istiqamətləndirilir.

Həmçinin Azərbaycan Ordusu bölmələrinin dislokasiya yerlərinə gedən kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müşayiəti həyata keçirilir, eləcə də günün nizam qaydalarına uyğun olaraq hərbi qulluqçular tərəfindən qoşun xidməti və sutkaboyu döyüş növbətçiliyinin yerinə yetirilməsinə nəzarət edilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax