Operativ Məlumat Mərkəzi

MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır

2 dəq
Paylaş:
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş uşaqların I müsahibə ilə qəbul olunması məsələsinə narazılığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, o, parlamentin bugünkü plenar iclasında “ haqqında” qanuna təklif olunan dəyişiklərin müzakirəsi zamanı ölkədə 9 illik təhsilin icbari olduğunu vurğulayıb.

S.Novruzov deyib ki, məktəbə dərs öyrənmək üçün gəlir:

“Əgər həmin uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir?! Vaxtilə çarı Aleksandr manifest qəbul etdi və insanları evindən dartıb məktəbə gətirdi. İndi isə insanların məktəbə gəlməyib evdə oturmasını istəyirlər. Əgər məktəbəqədər təhsil müəssisələrinin sayı Bakıda 25 %-dirsə və oradakı uşaqların 10-15 %-i müsahibədən keçmirsə, harada təhsil almalıdır?! Hindistanda İndira Qandinin vaxtına qədər belə qayda var idi ki, yalnız varlı uşaqlar təhsil ala bilirdi. Sonradan bu məsələni bir az yüngülləşdirib kasıb uşaqların da bu siyahıda olmasına razılıq verdilər”.

Komitə sədri söyləyib ki, bu gün valideyn yaşadığı əraziyə yaxın məktəbə övladını qoymaq istəyir, müsahibə əsnasında böyük ansambl sıraya düzülür:

“Guya uşağın biliyini yoxlayırlar. Bu, hansı qanunvericilikdə nəzərdə tutulub? Bütün oxumaq istəyən şəxslər üçün şərait yaradılmalıdır. Onları məktəbdən qovmaq əvəzinə, oxumağa sövq edək. Hər kəs özündən bir qayda qəbul edib uşaqların oxumasına maneçilik törətməsin. Hər bir dövlət məmuru qanunvericiliyin tələbini yerinə yetirməlidir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax