Operativ Məlumat Mərkəzi

Mixeil Kavelaşvili: Gürcüstan və Azərbaycan strateji dostluğu və əməkdaşlığı nümunəvidir

2 dəq
Paylaş:
Mixeil Kavelaşvili: Gürcüstan və Azərbaycan strateji dostluğu və əməkdaşlığı nümunəvidir

İlham Əliyevə məni qəbul etdiyi üçün xüsusi təşəkkür edirəm.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu İlham Əliyevlə təkbətək görüşdən sonra Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatında bildirib.

Gürcüstan Prezidenti deyib ki, prezident seçildikdən sonra ilk rəsmi səfəridir və bu, ölkələr arasında strateji münasibətlərdən xəbər verir: “Cənubi Qafqaz regionunda , dünyada gedən proseslər haqqında da fikirlərimizi bölüşdük. arasında əməkdaşlığı gücləndirmək üçün zəmin var. Dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz qarşılıqlı etimadın və deyilən sözün dəyərini başa düşürük. Buna görə də Gürcüstan və Azərbaycanın strateji dostluğu və əməkdaşlığı nümunəvidir”.

Mixeil Kavelaşvili qeyd edib ki, hər iki xalq dəyərlərinin qorunması uğrunda mübarizədə bir yerdədirlər: “İnanıram ki, strateji tərəfdaşlıq və mehribanlıq qonşuluq münasibətlərimiz daha da güclənəcək, yeni mərhələyə keçəcək”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax