Əsas məzmuna keç

Mirzoyan Fransa XİN rəhbəri ilə Vaşinqton razılaşmasını müzakirə edib

Mirzoyan Fransa XİN rəhbəri ilə Vaşinqton razılaşmasını müzakirə edib

Ermənistanın naziri Parisdə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" XİN-ə istinadən xəbər verir ki, nazirlər Ermənistanla Fransa arasında gündəliyini müzakirə ediblər.

Strateji xarakterli münasibətlərin daha da dərinləşdirilməsi, eləcə də Ermənistan-Aİ tərəfdaşlığının genişləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

XİN rəhbərləri çoxtərəfli platformalarda və formatlarda effektiv qarşılıqlı əlaqəni təmin edən təşəbbüsləri də müzakirə ediblər.

Ararat Mirzoyan və Jan-Noel Baron regional reallıqlara, o cümlədən Vaşinqtonda avqust ayında əldə edilmiş razılaşmaların həyata keçirilməsinə də toxunublar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…