Operativ Məlumat Mərkəzi

MİQ üzrə vakansiya seçimi başlayıb

2 dəq
Paylaş:
MİQ üzrə vakansiya seçimi başlayıb

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ümumi vakansiya mərhələsinə verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İnsan Resusları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 11-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Bütün fənlər üzrə test imtahanında proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Qeyd edilib ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq: "Vakansiya seçimi mərhələsi ilə bağlı ən çox sualların cavabları ilə https://miq.edu.az/faq linkinə daxil olaraq tanış ola bilərsiniz".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax