Operativ Məlumat Mərkəzi

Qonşusu tərəfindən bıçaqlanan şəxs öldü

1 dəq
Paylaş:
Qonşusu tərəfindən bıçaqlanan şəxs öldü

Mingəçevirdə ötən gün 1998-ci il təvəllüdlü Həsənli müalicə aldığı xəstəxanada ölüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.

Qeyd edilib ki, araşdırmalarla 1990-cı il təvəllüdlü Elvin Rüstəmovun dekabrın 15-i şəxsi zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsilə başlanıb.

Elvin Rüstəmov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax