Operativ Məlumat Mərkəzi

Milli Qəhrəman Natiq Qasımovun xatirəsi yad edilib

2 dəq
Paylaş:
Milli Qəhrəman Natiq Qasımovun xatirəsi yad edilib

Birinci müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycanın Milli Qəhrəmanı Qasımovun doğum günü münasibətilə N saylı hərbi hissədə anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, mərasim xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək, Natiq Qasımovun yolundan, göstərdiyi şücaət və igidliklərdən danışıblar. Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.

Tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanı N.Qasımovun keçdiyi döyüş yolundan və şücaətlərindən bəhs edən film nümayiş etdirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax