Operativ Məlumat Mərkəzi

Milli mətbuatın 150 illiyi ilə bağlı tədbir keçirildi - FOTOLAR

2 dəq
Paylaş:
Milli mətbuatın 150 illiyi ilə bağlı tədbir keçirildi - FOTOLAR

İyulun 22-də Bakıda Medianın İnkişafı Agentliyi tərəfindən milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əvvəlcə İlham Əliyevin milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar media nümayəndələrinə müraciəti səsləndirilib.

Müraciəti Prezidentin köməkçisi - Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri oxuyub.

Sonra bir qrup media nümayəndəsinə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təqdim edilib.

Daha sonra milli mətbuatın 150 illik yubileyi münasibətilə hazırlanmış videoçarx nümayiş olunub.

Tədbir bədii hissə ilə davam edib.

Milli mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycanın televiziya kanallarının, informasiya agentliklərinin, bir sıra aparıcı çap və onlayn media subyektlərinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax