Operativ Məlumat Mərkəzi

Milli Məclisin sədri Tacikistanda səfərdədir

1 dəq
Paylaş:
Milli Məclisin sədri Tacikistanda səfərdədir

Milli Məclisin (MM) sədri Sahibə Qafarovanın başçılığı ilə Tacikistanda işgüzar səfərdədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə MM-in Mətbuat və ictimaiyyətlə şöbəsi məlumat yayıb.

Düşənbə Hava Limanında Milli Məclisin sədrini Ali Məclisi Nümayəndələr Palatasının sədr müavini Mavsuma Muini, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın Düşənbədə keçirilən “Tacikistan Respublikası Konstitusiyasının 30-cu ildönümü” beynəlxalq parlament konfransında çıxışı və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax