Operativ Məlumat Mərkəzi

Milli Məclisin növbədənkənar sessiyası üzrə son iclası iyulun 14-də keçiriləcək

2 dəq
Paylaş:
Milli Məclisin növbədənkənar sessiyası üzrə son iclası iyulun 14-də keçiriləcək

Milli Məclisin sessiyası üzrə növbəti iclası iyulun 14-də keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə parlamentin sədri sessiyanın bugünkü iclasının sonunda məlumat verib.

O qeyd edib ki, barədə ətraflı məlumat veriləcək.

Əldə etdiyimiz məlumata görə, bu, qanunverici orqanın növbədənkənar sessiya üzrə son iclasıdır.

Xatırladaq ki, parlamentin növbədənkənar sessiyası mayın 30-da 85 deputatın spiker Sahibə Qafarovaya müraciət əsasında çağırılıb.

Qeyd edək ki, səlahiyyəti dövründə ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və həmin müddətə məzuniyyətdən geri çağırılır. Növbədənkənar sessiya bitdikdən sonra deputatlar tətilə buraxılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax