Operativ Məlumat Mərkəzi

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - 14.07.2025

2 dəq
Paylaş:
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - 14.07.2025

Milli Məclisin 2025-ci il üzrə sessiyasının sonuncu plenar iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iclasda spiker növbədənkənar sessiya barədə qısa hesabat verib.

Spiker xatırladıb ki, növbədənkənar sessiya iyunun 3-də başlayıb.

O vurğulayıb ki, sessiya müddətində Milli Məclisin yeddi iclası keçirilib, 45 qanun və qərar, eləcə də 2 konstitusiya qanunu qəbul olunub, həmçinin 5 beynəlxalq müqavilə təsdiqlənib:

" İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin qanunvericilik bazasını daha da möhkəmləndirmək və təkmilləşdirmək üçün öhdəsinə düşən vəzifələri bu dövrdə də layiqincə yerinə yetirməyə çalışıb".

Sahibə Qafarova növbədənkənar sessiyanın uğurla başa çatdığını bildirərək deputatlara səmərəli iş üçün təşəkkürünü bildirib və növbədənkənar sessiyasını bağlı elan edib.

Sonra Respublikasının Dövlət Himni səsləndirilib və Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılır. Növbədənkənar sessiya bitdikdən sonra deputatlar tətilə buraxılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax