Əsas məzmuna keç

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - 28.06.2024

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - 28.06.2024

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, iyunun 28-də parlamentin növbədənkənar sessiyasının...

Milli Məclisin sessiyası başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, iyunun 28-də parlamentin növbədənkənar sessiyasının sonuncu iclası keçirilib.

Toplantıda 15 məsələ müzakirə olunub.

Əksəriyyəti üçüncü oxunuş olan qanun layihələri müzakirələrdən sonra ayrı-ayrılıqda səsverməyə qəbul edilib.

Qeyd edək ki, parlamentin yaz sessiyası fevralın 1-də başlayıb və mayın 31-dək davam edib. İyunda qanunverici orqanın növbədənkənar sessiyası çağırılıb. Növbədənkənar sessiya çərçivəsində 5 plenar iclas keçirilib, 31 qanun və qərar qəbul edilib.

Spiker çıxışının sonunda həm yaz sessiyasında, həm də növbədənkənar sessiyada səmərəli fəaliyyət üçün deputatlara təşəkkür edib.

Sədr parlamentin növbədənkənar sessiyasını bağlı elan edib və Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…