Operativ Məlumat Mərkəzi

Messidən komanda yoldaşlarına çempionluq hədiyyəsi

2 dəq
Paylaş:
Messidən komanda yoldaşlarına çempionluq hədiyyəsi

PSJ-nin futbolçusu Lionel Messi millisinin üzvləri üçün 35 ” sifariş edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, DÇ-2022-nin finalında Fransa millisi üzərindəki qələbəyə görə bu addımı atıb.

175 min funt-sterlinq dəyərində olan 24 karatlıq qızılla smartfonlarda oyunçuların adları, nömrələri və Argentina yığmasının loqosu həkk edilib.

Xəbərdə bildirilir ki, Messi anı qeyd etmək üçün xüsusi və rəngarəng bir şey etmək istəməyib. O, sahibkar Ben Lyonsla əlaqə saxlayıb və onlar bunu birlikdə hazırlayıblar.

Lyons bu barədə belə deyib:

“Messi qələbəni qeyd etmək üçün bütün oyunçulara və heyətə xüsusi hədiyyə bağışlamaq niyyətində idi. Bunun adi saat olmasını istəmirdi. Mən ona adlar yazılan qızıl “İphone” təklif etdim və o, bu fikri bəyəndi”.

Argentina millisi DÇ-2022-nin finalında Fransanı seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax